Türkiyə nəhəngləri Sercio Qomez üçün hərəkətə keçiblər
"Mannçester Siti" klubunun müdafiəçisi Sercio Qomez Türkiyə klubularının diqqət mərkəzinə düşüb.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, ispaniyalı sol cinah müdafiəçisi üçün "Qalatasaray" və "Fənərbağça" klubunun təklif göndərəcəyi bildirilib.
Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti" klubunun rəsmiləri isə 23 yaşlı cinah müdafiəçisini satmaq niyətlərinin olmadığını deyiblər.
Qeyd edək ki, Sercio Qomez bu mövsüm "Mançester Siti" forması ilə çıxdığı 13 oyunda cəmi 1 asistlə yadda qalıb.