"Udinese" A Seriyasının liderliyə yüksəldi

İtaliya A Seriyasının 4-cü turunun son oyun günündə "Udinese" səfərdə "Parma" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Ennio Tardini stadionunda keçirilən görüş Udine təmsilçisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Parma" ilk hissədə Del Prato (2) və Yoan Boninin (43) vurduğu qollarla irəli çıxsa da, qonaqlar fasilədən sonra Lorenzo Lukka (49), Florian Tauvin (68, 77) qolları sayəsində geri dönuş etməyi bacarıblar.

Xallarının sayını 10-a çatdıran "Udinese" yarış cədvəlinin 1-ci pilləsinə yüksəlib. 12-cı sıradakı "Parma"nın aktivində 4 xal var.

Qeyd edək ki, 4-cü tura bu gün keçiriləcək "Latsio"-"Verona" oyunu (22:45) ilə yekun vurulacaq.