"Udineze"dən "Atalanta"ya
"Atalanta" "Udineze" forması geyinən Lazar Samardziçi transfer etdiyini açıqlayıb.
Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, 22 yaşlı futbolçu icarə əsasında Berqamo klubunun yolunu tutub.Onunla 1 illik müqavilə imzalanıb.
2023-2024 mövsümdə "Udineze" ilə 34 oyuna çıxan Lazar 6 qol və 2 asistlik performans göstərib.
Qeyd edək ki, serbiyalı futbolçu "Fənərbağça"nın da transfer gündəmində idi.