UEFA "öpüş" qalmaqalından sonra İspaniyalı funksioneri əvəzləyib

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin gedişindən sonra UEFA İcraiyyə Komitəsi qurumun yeni vitse-prezidentini seçib.

Sportline.az xəbər verir ki, Albaniya Futbol Federasiyasının rəhbəri Armand Duka UEFA-nın yeni vitse-prezidenti təyin edilib. Rubiales sentyabrın 10-da vəzifəsini tərk edib.

Avqustun 20-də İspaniyanın qadınlardan ibarət komandası turnirin finalında İngiltərə millisinə qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimi zamanı Rubiales ispaniyalı futbolçu Cennifer Hermosonun dodaqlarından öpüb.

İspaniya prokurorluğu Rubialesin cinsi təcavüzü ilə bağlı araşdırmaya başlayıb. FİFA həmçinin Rubialesin 15 il futboldan uzaqlaşdırılmasını gözləyir.