UEFA Region Kuboku: "Cəbrayıl" Belarus klubu ilə bacarmadı
Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin II qrupunda ilk oyun keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşıb.
Hesabı erkən (10-cu dəqiqə) açan Cavid Hüseynovun komandası ilk yarının sonlarında qırmızı vərəqə aldıqdan sonra üstünlüyünü əldən verib. Belarus təmsilçisi 62 və 74-cü dəqiqələrdə 2 qol vuraraq matçdan qalib ayrılıb - 2:1.
Tərəflər arasında ikinci oyun iyunun 26-da, saat 16:00-da keçiriləcək.
UEFA Region Kuboku
24 iyun
“Kolos” - “Cəbrayıl” 2:1
Qollar: Dzianis Simançuk, 62, Aleksandr Polişuk, 74 - Mehman Süleymanlı, 10
Qırmızı vərəqə: Babək Allahverdiyev, 40
39-cu dəqiqədə Aqşin Paşayev penaltidən yararlana bilməyib (qapı tiri)
Baş hakim: Damian Silvestrjak (Polşa)
Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)
Dördüncü hakim: Luka Sibelli (İsveçrə)
Şamaxı şəhər stadionu
Qeyd edək ki, I qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib.