UEFA Superkuboku Varşavada olacaq
2024-cü ildə UEFA Superkubokunun finalına Varşava ev sahibliyi edəcək.
Sportline.az xəbər verir ki, qarşılaşma avqustun 14-də baş tutacaq.
Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin Kiprdə keçirilən iclasında qəbul edilib.
Builki turnirin finalında "Mançester Siti" "Sevilya"nı penaltilər seriyasında məğlub edib (1:1, penaltilər 5:4). Oyun Pireydə (Yunanıstan) baş tutub.
UEFA Superkuboku kubokunu ən çox "Real Madrid", "Barselona" və "Milan" qazanıb - hərəyə 5 dəfə.