Uels millisi Giqqzlə yollarını ayırıb

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.

Sportline.az xəbər verir ki, Uels Futbol Assosiasiyası (FAW) 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.

FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr - 18 dekabrda təşkil olunacaq.

Qeyd edək ki, Rayan Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar tezliklə başlamalıdır.

Banner