UFC-də kütləvi dava

Döyüş həvəskarlarının diqqəti bu gün Əbu-Dabiyə yönəlmişdi.

Sportline.az xəbər verir ki,  UFC 294 turnirində rusiyalı Maqomedov Ankalayev və braziliyalı Conni Uokerin duelində gərgin anlar yaşanıb.

Rusiyalı idmançı ilk raundda rəqibinə qeyri-qanuni diz zərbəsi endirdiyi üçün gərginlik yaşanıb. Hakim mübarizəni dayandırsa da, Uoker narazı olub və hakimi itələyərək döyüşün davam etməsini istəyib. Nəticədə təhlükəsizlik qüvvələri rinqə çıxıb, hər iki döyüşçü əlbəyaxa davaya qarşıb.

Bu səbəbdən də döyüş etibarsız sayılıb.