UFC-də yeni çempion
Çikaqonun "United Center" arenasında UFC-nin əsas döyüşündə Drikus Du Plessis çempion kəmərini qorumaq uğrunda Xəmzət Çimayevlə üz-üzə gəlib.
Sportline.az xəbər verir ki, beş raundluq döyüş Çimayevin qələbəsi ilə yekunlaşıb.
Hakimlərin yekdil qərarı ilə o, qalib elan olunub - 50:44, 50:44, 50:44.
Bu, Çimayevin MMA-da 15-ci qələbəsi, Du Plessinin isə 26-cı döyüşündə 3-cü məğlubiyyəti olub.
Çeçen idmançı ilk kəmərini qazanıb.