UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzdu

Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.

Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub.

Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub. Azərbaycanlı döyüşçü texniki fasilə ilə qalib gəlib.

Döyüşçülər iyunun 10-da Moskvada keçirilən “AMC Fight Nights” 112 turnirinin birincisi olublar.