UFC-nin xüsusi kəməri nümayiş etdirildi

UFC-nin yüngül çəkili çempionu Aleksa Qrasso Valentina Şevçenko ilə revanş döyüşündə xüsusi kəmər alacaq.

Sportline.az xəbər verir ki, UFC-nin prezidenti Dana Vayt sosial şəbəkə hesabında həmin kəməri nümayiş etdirib.

Kəmər Xakobo və Mariya Anxeles tərəfindən hazırlanıb.

Qeyd edək ki, revanş döyüşü sentyabrın 17-də Las-Veqasda keçiriləcək.