Ukraynalı futbolçu karyerasını "Roma"da davam etdirə bilər

"Jirona"nın və Ukrayna millisinin futbolçusu Artem Dobvik "Roma"ya keçməyə yaxındır.

Sportline.az insayder Nikola Skiraya istinadla xəbər verir ki, 27 yaşlı hücumçu artıq İtaliya klubu ilə şəxsi razılıq əldə edib.

Müqavilənin 2029-ci ilə qədər imzalanağı gözlənilir. Dobvik yeni klubunda illik 3 milyon avro qazanacaq.

Xəbərdə bildirilir ki, transferdə "Roma" ilə yarışan "Atletiko" futbolçuya 2.5 milyon avro maaş təklif etmişdi.

Qeyd edək ki, ötən mövsüm La Liqada 36 oyuna çıxan Dobvik aktivinə 24 qol və 8 məhsuldar ötürmə yazdırıb.