Ukraynanın məşhur boksçusu Putindən müharibəni dayandırmasını istəyib

Ukraynanın məşhur boksçusu Aleksandr Usik Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə reaksiya verib.

Sportline.az xəbər verir ki, 35 yaşlı idmançı Rusiya xalqına və prezident Vladimir Putinə video-müraciət ünvanlayıb.

"Biz bir-birimizi qardaş, pravoslav hesab ediriksə, öz hərbçilərinizi, uşaqlarınızı ölkəmizə buraxmayın. Bizimlə döyüşməyin" söyləyən Usik Putindən müharibəni dayandırmasını istəyib.

"Bizə heç bir şərt qoymayın. Sadəcə, stol arxasında oturun, danışın və hər şey dayanacaq. Uşaqlarımız, analarımız, insanlarımız zirzəmilərdə gizlənirlər. Öz ölkəmizdə başqa cür edə bilmirik, müdafiə olunuruq. Müharibəni dayandırın", - deyə o, əlavə edib.

Qeyd edək ki, Aleksandr Usik 2019-cu ildə İtaliyanın Milan şəhərində və 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatlarında 91 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, eyni zamanda 2008-ci il Avropa çempionatının və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibidir. Peşəkar boksda isə Usik WBA super, WBO, IBF və IBO versiyalarında dünya çempionu, birinci ağır çəkidə mütləq dünya çempionudur.