Ulduz futbolçu "Beşiktaş"dan ayrılıb

"Beşiktaş' klubunda mövsümün ilk ayrılığı yaşanıb

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Rəşid Qezzal Super Liqanın son turunda keçirilən "Kasımpaşa" ilə matçdan sonra komandadan ayrılacağını açıqlayıb.

Əlcəzairli futbolçu 2021/2022 mövsümündə "Lester Siti"dən "Beşiktaş"a keçmişdi.Qezzal Türkiyə klubu ilə 1 dəfə Super Liqanın, 2 dəfə ölkə kubokunun, 1 dəfə isə Super Kubokun qalibi olub.

Qeyd edək ki, "Beşiktaş"da 4 mövsüm keçirən Qezzal çıxdığı 122 oyunda 17 qolla yadda qalıb.