Ulduz futbolçu "Yuventus"dan ayrılıb

Seria A klublarından "Yuventus" yarımmüdafiəçi Adrien Rabyo ilə yollarını ayırdığını açıqlayıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Turin klubu 2023/2024 mövsümünün ardından müqaviləsi başa çatan Rabyo ilə yol ayrılığına gəlib.

29 yaşlı futbolçu 2019-cu ildən "qoca sinyora"nın uğuralı üçün çalışırdı.O, sabiq komandası ilə 1 dəfə İtaliya A Seriyasının, iki dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Super Kubokunun qalibi olub.

"Yuventus"la 5 il ərzində 212 oyuna çıxan Rabyo bu görüşlərdə 22 qol vurub, 15 asist edib.

Qeyd edək ki, 2016-cı ildən Fransa millisinə dəvət alan Rabyonun transfer dəyəri 35 milyona avrodur.