Ulduz futbolçunun evi qarət olundu
İspaniyalı futbolçu Serxio Ramosun evi qarət edilib.
Sportline.az ABC-yə istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də Çempionlar Liqasında "Sevilya" - "Lens" matçı (1:1) zamanı olub.
Mənbənin sözlərinə görə, oğurluq vaxtı evdə Ramosun dörd uşağı və onların iki müəllimi olub. Futbolçun özü həmin an sözügedən görüşdə oynayıb, həyat yoldaşı isə işdə olub. Sevilya şəhəri ətrafındakı evdə olan uşaqlar və müəllimlər xəsarət almayıblar.
Xatırladaq ki, 37 yaşlı müdafiəçi bu ay 18 ildən sonra “Sevilya”ya qayıdıb. O, 2005-ci ildə "Sevilya"dan Real"a transfer olunmuşdu.