Ulduz futbolçunun yeni klubu

Almaniya "Bavariya"sından ayrılan futbolçu Korentin Tolissonun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Fransa "Lion"u ilə 5 illik müqavilə imzalayıb.

Tolisso 2017-ci ilin yayında məhz bu klubdan Münhen təmsilçisinə keçib. Oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Yarımmüdafiəçi həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, "Bavariya"da 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.