"Ural"ın serbiyalı futbolçusu Rusiya vətəndaşlığı alıb

"Ural'ın futbolçusu Silviye Beqiç Rusiya vətəndaşlığını qəbul edib.

Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 2017-ci ildən Rusiyada çıxış edir.Beqiç "Ural"la yanaşı "Orenburq", "Rubin", "Krılya Sovetov" komandalarında çıxış edib.

Qeyd edək ki, Yekaterinburq təmsilçisi yanvar ayında təcrübəli futbolçu ilə müqavilənin uzadıldığını açıqlamışdı.