Van Deyk narazıdır

Niderland millisinin üzvü Vircil van Deyk Millətlər Liqasının təqvimindən narazıdır.

Sportline.az xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə "Sky Sports"a açıqlamasında danışıb. Millətlər Liqasında Niderland millisi bu ay Belçika (3 iyun), Polşa (11 iyun), həmçinin Uelslə (8 və 14 iyun) iki oyun keçirəcək. Van Deyk isə deyib: 

“Qəribədir ki, belə uzun bir mövsümdən sonra Millətlər Liqasında daha dörd oyun keçirilməlidir . Amma bu artıq qərarlaşıb və bizim bu qərarı dəyişmək imkanımız yoxdur. İnanıram ki, dörd qarşılaşma zamanı zədə riski yüksəkdir, çünki arxada bizi uzun bir mövsüm gözləyir. Bunu təhlil etmək lazımdır və oyunçular öz sözünü deməlidirlər”.

Qeyd edək ki, geridə qalan mövsüm "Liverpul"un heyətində 51, Niderland millisində isə 10 oyuna çıxıb.