"Venetsiya" 2 illik fasilədən sonra A Seriyasına qayıdıb
İtaliyada keçif pley-off mərhələsinin finalında "Venetsiya" 0-0 hesabı ilə bitən görüşün cavab oyununda "Kremonese" ilə doğma meydanda qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş "Venetsiya"nın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb və ada təmsilçisi növbəti mövsüm İtaliya A seriyasında çıxış etmək hüququ qazanıb.
Matçdakı yeganə qolun müəllifi 24-cü dəqiqədə Kristian Qyutkyaer olub.
Qeyd edək ki, Seria B-dən elitaya yüksələn digər 2 komanda "Parma" və "Komo"dur.