Venger Özil və Sançezi yola salır
"Məsut Özil və Aleksis Sançez yanvarda komandanı tərk edə bilər". SportLine.az goal.com saytına istinadən xəbər verir ki, bu sözləri "Arsenal" klubunun çalışdırıcısı Arsen Venger deyib.
Hər iki futbolçunun müqavilə müddətinin mövsümün sonunda bitdiyini deyən metəxəssis, "Qış transfer pəncərəsində futbolçuları sata bilərik", - deyə bildirib.
Qeyd edək ki, A.Sançez "Mançester Siti"nin maraq dairəsindədir. M.Özilin isə karyerasını "Barselona" və ya "Mnaçester Yunayted"də davam etdirəcəyi gözlənilir.