Vernidubun qalmaqallı tatuajı

"Krivbas"ın baş məşqçisi Yuri Vernidub yeni iş yerinə yeni tatuajla gəlib. 

Sportline.az xəbər verir ki, o, qoluna öz təbirincə desək, "nasist-faşist tatuajı" döydürüb. 

Bir ara "Neftçi"nin də baş məşqçi postuna namizəd olan, daha sonra vətənində qalmağa üstünlük verən Vernidub bu barədə ProFutbol-a danışıb: “56 il yaşadım, nə həyat yoldaşıma, nə də övladlarıma tatuaj etdirməyə icazə vermədim. Mən Ukrayna ordusuna qoşulandan sonra vətənpərvərlik fonunda buna ehtiyac hiss etdim.

Kimin döyməsi varsa, ruslar onu “nasist-faşist” adlandırır. Onların acığına “nasist və faşist” olmaq istəyirdim.

Həyat yoldaşım şoka düşdü, amma mən bunu etdim. O bilmirdi. Beş saat rəsm çəkdik”.