"Vilyarreal"ın Van de Beek sevdası

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 26 yaşlı niderlandlı ilə “Vilyarreal” maraqlanır. Daha əvvəl yarımmüdafiəçinin klubu tərk edə biləcəyi bildirilirdi.

Van de Beek 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. 2022/23 mövsümündə futbolçu 10 oyun keçirib və effektli olmayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 13 milyon avro qiymətləndirir.