Vini "Real"la yeni müqavilə imzalayacaq
"Real Madrid" brazilyalı futbolçusu Vinisius Juniora yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
25 yaşlı sol cinah vingerinin Madrid klubu ilə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Vinisius bu mövsüm meydana çıxdığı 24 matçda 6 qol, 7 asist müəllifi olub.