Vinisiusun Ronaldo sevgisi

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior kulon alıb.

Sportline.az xəbər verir ki,7 rəqəmi formasında olan kulon daş brilyantlarla bəzədilib və Madrid klubunun keçmiş hücumçusu Kriştiano Ronaldoya həsr olunub.

Kulonun arxa tərəfində məşhur Portuqaliya qol bayramı həkk olunub. Yeni mövsümdən Vinisius 7-ci nömrə altında çıxış edəcək.

Əsərin müəllifi idmançılarla işbirliyi ilə tanınan məşhur zərgər Leo Kusrodur.

Bundan əvvəl Vinisius dəfələrlə Ronaldonu öz kumiri adlandırıb və qollarını onun üslubunda qeyd edib.

Braziliyalı ötən mövsüm "Real Madrid"in heyətində 55 oyuna çıxıb, 23 qol vurub və 21 məhsuldar ötürmə verib.