Vlahoviç İspaniya nəhənginin transfer hədəfinə çevrilib
"Yuventus"un serbiyalı forvardı Duşan Vlahoviç "Barselona"nın əsas transfer hədəfinə çevrilib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.
Lakin Turin klubu 25 yaşlı oyunçu üçün ən azı 40 milyon avro tələb edir.
Qeyd edək ki, Vlahoviç cari mövsüm meydana çıxdığı 18 oyunda 8 qol, 1 asistlə yadda qalıb.