"Vulverhempton" "Nyukasl Yunayted"in təklifini rədd edib

"Nyukasl Yunayted" norveçli forvard Yorgen Strand Larsen üçün "Vulverhempton"a 50 milyon avro təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Lakin "canavarlar" bu təklifi qəbul etməyib.

25 yaşlı futbolçu "Nyukasl"da çıxış etmək niyyətindədir.