Xabi Alonso: "Əvvəldən məqsədimiz budur"

"Qarabağ"ı Avropa Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso komandanın əsas məqsədini açıqlayıb.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis hədəflərinin UEFA Çempionlar Liqasında yarışmaq olduğunu bildirib.

"Çempionlar Liqası bizim əvvəldən əsas hədəfimiz olub. İndi demək olar ki, onun astanasındayıq. Böyük hədəfimizə çatmaq əla olardı", - deyə Alonso klubun X sosial şəbəkəsindəki səhifəsinə açıqlamasında bildirib.

Qeyd edək ki, 25 oyundan 67 xal toplayan "Bayer" hazırda Bundesliqanın vahid lideridir.

Leverkuzenlilər ən yaxın rəqibi "Bavariya"nı 10 xal qabaqlayırlar.