Xabi Alonsonun "Bavariya" ilə ilkin danışıqlarının detalları

"Bavariya" Xabi Alonso ilə ilkin danışıqları yekunlaşdırıb.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sport Germany" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, nəticəni münhenlilər üçün ümidverici saymaq olar.

Xabi Alonsonun "Bayer"dən ayrılacağı təqdirdə əsas namizədlərdən olan "Liverpul"a yox, məhz "Bavariya"ya üstünlük verəcəyi gözlənilir.

Keçid baş tutsa, "Bayer" "Bavariya"ya 15 milyon avrodan 25 milyon avroyadək kompensasiya ödəyəcək. 

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2022-ci ildən Leverkuzen klubunu çalışdırır.

64 xalla Bundesliqaya liderlik edən "Bayer" ən yaxın rəqibi "Bavariya"nı 10 xal qabaqlayır.