Xavi "ulduzları" yığır

“Barselona”nın baş məşqçisi Xavi klub rəhbərliyinə komandada görmək istədiyi futbolçuların siyahısını təqdim edib.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, siyahıda səkkiz futbolçu yer alıb.

Bunlar “Milan”dan yarımmüdafiəçilər – Frank Kessye, “Mançester Siti”dən Bernardo Silva və “Lids”dən Rapinya, “Çelsi”dən müdafiəçilər – Andreas Kristensen, Sezar Aspilikueta, Markos Alonso və “Sevilya”dan Jül Kunde, eləcə də “Bavariya"dan hücumçu Robert Levandovskidir.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, “Barselona” artıq Kessye və Kristensenlə anlaşıb.