Xorvatiya millisinin keçmiş üzvü U-21 komandasına rəhbərlik edəcək

Xorvatiya futbolunun ən yaxşı hücumçularından sayılan İvitsa Oliç millinin U-21 komandasına baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Müqavilənin detalları hələlik açıqlanmayıb.

Oliç futbolçuluq karyerası ərzində "Bavariya", "Hamburq", "Volfsburq" və ÇSKA Moskva kimi klublarda çıxış edib.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2021-ci ildə qısa bir müddət ÇSKA Moskva klubunda baş məşqçi vəzifəsini icra edib.