Xuan Kuadrado karyerasını Türkiyədə davam etdirə bilər

Xuan Kuadrado Türkiyə klubuna transfer oluna bilər.

Sportline.az Posta.com.tr-yə istinadla xəbər verir ki, kolumbiyalı futbolçu üçün Türkiyə klublarının təklif göndərdiyi bildirilib.

İtaliya mediası "Beşiktaş","Fənərbağça" və "Trabzonspor" klublarının Xuan Kuadrado ilə maraqlandığıilə bağlı məlumat yayıb.

Qeyd edək ki, Xuan Kuadradonun "Yuventus"la müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.