XXI əsrin ən yaxşı qapıçısı açıqlandı

FourFourTwo portalı 21-ci əsrin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıya İtaliya millisinin sabiq qolkiperi Canluici Buffon başçılıq edir.

İspaniyalı İker Kasilyas ikinci, hollandiyalı Edvin van der Sar üçüncüdür.

"İlk beşliyi" çexiyalı Petr Çexlə Almaniya seçməsinin qapıçısı Manuel Noyer qapayır.