Yankoviç “Qarabağ”da belə qarşılandı

“Qarabağ”ın yeni transferi Marko Yankoviç dünən Avstriyaya gedib. 

Sportline.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi bu ölkədə təlim-məşq toplanışına başlayan Ağdam klubunun düşərgəsinə qoşulub.

“Qarabağ”lı futbolçuların Yankoviçi isti qarşılamasının görüntüsünü klubun mətbuat xidməti İnstaqram hesabında paylaşıb.