Yaponiyalı futbolçu Premyer Liqa yolunda

"Latsio" forması geyinən Daiçi Kamada yaxın günlərdə komandasını dəyişə bilər.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, "Kristal Palas"ın baş məşqçisi Oliver Qlasner daha əvvəl də bir yerdə çalışdığı yaponiyalı yarımmüdafiəçinin transfer edilməsini istəyib.

Xəbərdə bildirilir ki, "Latsio" ilə müqaviləsi başa çatan 27 yaşlı futbolçu İngiltərə klubu ilə hər mövzuda razılıq əldə edib.

Qeyd edək ki, Kamada bu mövsüm İtaliya klubu ilə çıxdığı 38 oyunda 2 qol və 2 asistlik performans göstərib.

Banner