"Yaxşı komanda ilə oyunda xal itirdik"
“Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Son vaxtlar öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son zamanlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi".
SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la bərabərə qaldıqları matçdan (2:2) sonra deyib.
O bildirib ki, bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi: "Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm”.