Yoldaşlıq görüşü:Portuqaliya İrlandiyaya qarşı

AVRO 2024-ə hazırlıqlarını davam etdirən Portuqaliya millisi növbəti yoldaşlıq oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Piriney təmsilçisi bu gün doğma meydanda İrlandiya seçməsi ilə qarşılaşacaq.

Bu, tərəflər arasında tarixdəki 9-cu görüş olacaq.İndiyə qədər keçirilən 8 oyunda 3 dəfə portuqaliyalılar, 2 dəfə isə irlandiyalılar meydandan qalib ayrılıblar. 3 matçda isə qalib müəyyənləşmiyib.

Qeyd edək ki, Aveiro şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə 22:45 start götürəcək.