Yoldaşlıq görüşü:Türkiyə Polşaya qarşı

Futbol üzrə Avropa Çempionatının başlamasına 4 gün qalıb.

Sportline.az xəbər verir ki, AVRO 2024-ə hazırlıqlarını davam etdirən Polşa və Türkiyə kollektivləri bu gün Varşavada üz üzə gələcəklər.

Saat 22:45-də start götürəcək oyun tərəflər arasındakı 7-ci qarşıdurma olacaq.

Buna qədər keçirilən 6 görüşdə 4 dəfə Polşa, 2 dəfə isə Türkiyə millisi meydandan qalib ayrılıb.

Qeyd edək ki, matçı macar hakim Balaş Berke idarə edəcək.