Yüksək Liqada hakimlər açıqlandı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XVII turun oyunlarına təyinatlar açıqlanıb. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, fevralın 8-də baş tutacaq qarşılaşmaların hakimləri müəyyənləşib.

Bakı İdman Sarayındakı matçların baş hakimləri Azad Hüseynov, Azər Əsgərov və Ramil Namazov olacaq.

Yüksək Liqa

XVII tur

8 fevral

12:30. Yasamal İSK – Araz

Bakı İdman Sarayı. Hakimlər: Azad Hüseynov, Rahin Heybətov, Vaqif Musayev

14:30. Xəzər Cənub – EKOL

Bakı İdman Sarayı. Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, İsgəndər Əliyev

16:30. Liman – Neftçi İK

Bakı İdman Sarayı. Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Vüsal Balaşov