Yunanıstanlı futbolçu karyerasını Rusiyada davam etdirə bilər

Oyunçu 2023/2024 mövsümünün bitməsindən sonra azad agent statusu daşıyır.

Sportline.az RB Sporta-a istinadla xəbər verir ki, Rusiya Premyer Liqasının bir sıra klubları yunan müdafiəçi Dimitris Stavropulosu heyətinə qatmaq istəyir.

Mənbənin sözlərinə görə 27 yaşlı futbolçunun meneceri onu bir neçə RPL klubuna təklif edib. Müdafiəçi hazırda "Varta" Poznan ilə əmək müqaviləsi başa çatdığı üçün azad agent statusundadır.

Stavropulosun özü də karyerasını Rusiyada davam etdirmək istəyir.

Qeyd edək ki, Dimitris bu mövsüm Polşa klubunun heyətində 27 oyunda 1 qol vurub, 1 aisit edib.

Onun Transfermark portalında transfer dəyəri 400 min avrodur.