Yunanıstanlı futbolçu "Roma"ya qayıdacaq

"Roma" heyətini müdafiəçi ilə gücləndirmək istəyir.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, paytaxt klubu sabiq oyunçusu Kostas Manolasla maraqlanır.

Mənbənin xəbərinə görə 33 yaşlı oyunçu "canavarlar"la 1 illik müqaviləyə imza atacaq. Onun illik maaşı 450 min avro olacaq. 

Son olaraq "Salernitana"da çıxış edən Manolas hazırda azad agent statusu daşıyır.

Qeyd edək ki, təcrübəli müdafiəçi daha əvvəl "Napoli", "Olimpiakos" və AEK kimi klubların uğurları üçün çalışıb.