"Yuventus" A Seriyasında 30 ildən sonra bir ilkə imza atıb

İtaliya A Seriyasının 6-cı turunda "Cenoa" "Yuventus"u qəbul edir. İlk hissədən sonra görüşdə 0-0 hesablı bərabərlik qeydə alınıb.

Sportline.az xəbər verir ki, "Yuventus" çempionatın startından  bəri artıq 495 dəqiqədir ki, qapısında qol görmür.

Opta statistik portalının məlumatına görə İtaliya A Seriyasında 1994-cü ildən bu yana belə bir hal ilk dəfə yaşanıb.

Qeyd edək ki, "Qoca sinyora" çempionatda 5 oyundan sonra 9 xal toplayıb. Qolların nisbəti 6:0-dır.