"Yuventus" ABŞ-li futbolçu ilə müqaviləni uzadıb
"Yuventus" yarımmüdafiəçi Veston Mekkeni ilə yeni müqavilə imzalayıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2026-ci il iyunun 30-na qədər razılıq əldə olunub.
Futbolçu 2020-ci ildə "Şalke"dən icarə əsasında "Yuventus"a keçib.1 il sonra İtaliya klubu onun transfer hüququna yiyələnib.
Turin klubu ilə 134 oyuna çıxan Mekkeni bu görüşlərə 13 qol və 15 asistlə yadda qalıb.
Qeyd edək ki, Mekkeni 2020-ci ildə ABŞ-də ilin futbolçusu seçilib.