"Yuventus" braziliyalı futbolçu ilə yolları ayırmaq istəyir

"Yuventus" klubu yarımmüdafiəçi Artur Melonu yeni mövsümün planlarında düşünmür.

Sportline.az Tutto Mercato-ya istinadla xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirməyə hazırdır.

Klub futbolçu ilə ya indi, ya da qışda mütləq şəkildə yolları ayırmaq istəyir.

2020-ci ildə "Barselona"dan "Yuventus"a 80 milyon avro qarşılığında transfer olunun Melo "Qoca sinyora" ilə çıxdığı 63 oyunda 1 qol vurub, 1 asist edib.

Qeyd edək ki, braziliyalı futbolçu "Yuventus"un futbolçusu olarkən icarə əsasında "Liverpul" və "Fiorentina"da da çıxış edib.