"Yuventus" Mareska ilə maraqlanır
"Yuventus"un rəhbərliyi klubun sükanı arxasına Enzo Mareskanı gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto öz "X" hesabında paylaşım edib.
E.Mareska hazırda "Çelsi" klubunu çalışdırır. İtaliyalı mütəxəsisin London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.