"Yuventus"da ayrılıq
"Yuventus" polşalı qolkiper Voytsex Şensni ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Sportline.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat yayılıb.
Daha əvvəl mətbuatda 34 yaşlı qapıçının baş məşqçi Tiaqo Mottanın planlarında yer almadığına dair xəbərlər yayılmışdı.
Şensni ötən mövsüm A Seriyasında 35 oyunda 30 qol buraxıb.1w5 oyunda isə qapısını toxunulmaz saxlayıb.
Xəbərdə təcrübəli qapıçının peşakar karyerasını bitirmək ehtimalının yüksək olduğu bildirilib.Belə ki, Şensni həyatını Turində davam etdirmək istəyir.