"Yuventus"dan daha bir transfer
"Atalanta" və Niderland millisinin yarımümdafiəçisi Ten Kopmeyners karyerasını "Yuventus"da davam etdirəcək.
Sportline.az Tuttosport-a istinadla xəbər verir ki, Turin klubu 26 yaşlı futbolçunu 52 milyon avro + 6 milyon avro bonuslar qarşılığında heyətinə qatıb.
Futbolçu çərşənbə günü tibbi müayinədən keçəcək və ardınca "Byankoneri" ilə 5 illik müqavilə imzalayacaq. O, yeni klubunda illik 4 milyon avro qazanacaq.
Qeyd edək ki, ötən mövsüm "Atalanta" ilə 51 oyun keçirən Kopmeyners bu görüşlərdə 15 qol vurub, 7 asist edib.