"Yuventus" yeni baş məşqçisini açıqlayıb

Massimiliano Alleqri ilə yollarını ayıran "Yuventus"da baş məşqçi postuna Tiaqo Motta gətirilib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

İtaliyalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi imzalanıb.

Qeyd edək ki, 41 yaşlı çalışdırıcı ötən mövsüm "Bolonya" ilə Çempionlar Liqasına vəsiqə qazanmışdı.