Zaniolo Italiyaya qayıtmaq istəyir

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo gələcəyi barədə danışıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı futbolçu Sportİtalia-ya verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"İtaliyaya qayıdıb A Seriyasında oynamaq istəyirəm. Həll yolu tapılacaq. "Qalatasaray" mənim niyyətimi bilir" deyə Zaniolo bildirib.

2023-cü ildə "Roma"dan "Qalatasaray"a 15 milyon avroya transfer olunan futbolçu ötən mövsümü "Aston Villa"da keçirib.

Qeyd edək ki, Zaniolo Birminqem klubu  ilə çıxdığı 40 oyunda 3 qol vurub.