Argentinalı ulduz "Barselona" yolunda

"Roma"nın yarımmüdafiəçisi Leonardo Paredes karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, İtaliya klubu müqaviləsinin başa çatmasına 1 il qalan futbolçunu "Barselona"ya təklif edib.

"Barselona" rəhbərliyində isə Leandronu keyfiyyətli futbolçu hesab etsələr də, klubun indi bütün diqqətini Amadou Onana və Mikel Merinonun transferinə yönəltdiyi bildirib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2023-cü ildə PSJ-dən "Roma"ya 12.5 milyon avro qarşılığında transfer olunub.Oyunçu daha əvvəl "Yuventus", "Zenit" və "Empoli" kimi klublarda çıxış edib.